Şarj aparatında olan elektrikli avtomobil belə yandı - Hadisə anı - VİDEO
Xarici ölkələrdən birində elektrikli avtomobilin şarj edərkən yanması ilə bağlı video yayılıb.
meqale.com xəbər verir ki, videoda yanğının başladığı an görünür.
Xoşbəxtlikdən, yanğın baş verən avtomobildə heç bir şəxs olmayıb. Lakin avtomobilin yanında dayanan və şarj aparatına qoşulmuş başqa bir avtomobildə sürücü olub.
O, yanğını görərək dərhal öz avtomobilini tərk edib.
Videonun çəkildiyi yer barədə məlumat verilmir.
Elektrikli avtomobillərin yanma halları son dövrlərdə artıb. Bunun əsas səbəbi, bataryaların yüksək temperatur və qısaqapanma nəticəsində alovlanmasıdır. Elektrik avtomobillərinin batareyaları yüksək enerji saxladığı üçün, xüsusilə zədələndikdə və ya yüksək temperaturlara məruz qaldıqda yanma riski arta bilər.
Sözügedən videonu təqdim edirik: