Reklamdan 45 milyon qazanacaq

"Kuruluş: Osman" serialından ayrılması ilə gündəmə gələn Burak Özçivit bu dəfə qazancı ilə diqqət mərkəzinə düşüb. Məşhur aktyorun yeni layihəsi çərçivəsində bağladığı reklam müqaviləsindən 45 milyon TL gəlir əldə edəcəyi bildirilib.

meqale.com xəbər verir ki, Burak Özçivit "İstanbulun Ən Gözəl Qızı" adlı tamaşada iştirak edəcək. Aktyor layihənin əsas sponsoru olan tikinti şirkəti ilə razılaşma əldə edib. Özçivit həmin şirkətin reklam çarxlarında rol alaraq 45 milyon TL qazanacaq.

Digər tərəfdən, Burak Özçivitin 19 dekabrda Ankara Şura Səhnəsində premyerası keçiriləcək "İstanbulun Ən Gözəl Qızı" tamaşasının biletləri eyni anda satışa çıxarılıb. Tamaşa ilk mərhələdə 5 ölkə və 16 şəhərdə nümayiş olunacaq.