"Real Madird"də ciddi itki

"Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının V turunda keçiriləcək "Olimpiakos" - "Real Madrid" oyununu buraxacaq.

"Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının V turunda keçiriləcək "Olimpiakos" - "Real Madrid" oyununu buraxacaq.

meqale.com oxuya istinadən xəbər verir ki, buna səbəb qapıçının virusa yoluxmasıdır.

Bu gün tibbi heyətin apardığı müayinələrdən sonra Kurtuaya virusmənşəli mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.

Qeyd edək ki, 33 yaşlı qolkiper bu il "Real Madrid" klubunda 23 matça çıxıb, 10 dəfə qapısını toxunulmaz saxlaya bilib.