Sumqayıtda parkda halı pisləşdi - Tələbənin ölüm hadisəsinin detalları
Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, Bakı Dövlət Universitetinin II kurs tələbəsi Müşfiq Mirmehdi oğlu Fəttayev vəfat edib.
meqale.com-ın məlumatına görə, 2007-ci il təvəllüdlü Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə təhsil alırdı.
İlkin mərhələdə onun ölüm səbəbi açıqlanmamışdı.
Sonradan hadisənin bəzi detalları aydınlaşıb. Məlumata görə, dekabrın 17-si saat 20 radələrində Müşfiq Fəttayev Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən parkda olarkən halı qəfil pisləşib. Hadisə zamanı onun yanında qardaşının da olduğu bildirilir. Gənc tələbə hadisə yerində vəfat edib.
İlkin ehtimala əsasən, M. Fəttayevin ölümünə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.