Puqaçovanın “əkizi” borca görə AXTARIŞDA - 13 milyonluq qalmaqal - FOTO

Rusiyada məhkəmə icraçıları məşhur müğənni Alla Puqaçovanın "əkizi" kimi tanınan parodiya ustası Aleksandr Peskovu 13 milyon rubl (təxminən 280 min manat) borca görə axtarış siyahısına salıblar.

meqale.com xəbər verir ki, məlumat "Mash" "Telegram" kanalında dərc edilib.

Bildirilir ki, 63 yaşlı sənətçi maliyyə problemləri səbəbindən çıxışlarının tarifini kəskin şəkildə aşağı salıb. Onun konsert qiymətləri əvvəlki 5 milyon rubldan (təxminən 108 min manat) cəmi 400 min rubla (təxminən 8 600 manat) düşüb. Bir vaxtlar aldığı yüksək qonorarlar ona Moskvada iki mənzil əldə etməyə imkan verirdi.

"Mash"ın iddiasına görə, müəyyən mərhələdə Peskovun vəziyyəti xeyli pisləşib. Onun "Aleksandr Peskovun rəhbərliyi altında teatr" adlı şirkəti Rusiya Federal Vergi Xidməti tərəfindən bağlanıb, kreditorlar isə 13 milyon rubl məbləğində məhkəmə iddiası qaldırıblar.

Daimi stress və borc yükü sənətçinin səhhətinə də təsirsiz ötüşməyib. 2019-cu ildə qoyulan mədəaltı vəz xəstəliyi son dövrlərdə daha da ağırlaşıb.