Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər təsdiqlənib

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər təsdiqlənib.

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər təsdiqlənib
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər təsdiqlənib.

meqale.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, "qəyyumluq və himayəçilik orqanı" anlayışı yenidən müəyyən edilib. Himayədar ailəyə verilmiş, eləcə də Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dair səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid ediləcək, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar səlahiyyətli orqan kimi çıxış edəcək. Bu izah bir neçə qanunun müvafiq maddələrinə də tətbiq olunub.

Fərmanla həmçinin "Mediasiya haqqında" və "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunların tətbiqi ilə bağlı Prezident fərmanlarında dəyişikliklər edilib. Bəzi bəndlər yeni hüquqi tənzimləmələrə uyğunlaşdırılıb, bir sıra müddəalar isə ləğv olunub.

Bundan əlavə, Ailə Məcəlləsinin və Mülki Məcəllənin tətbiqinə dair əvvəlki fərmanların müvafiq hissələri yenilənərək "uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar" anlayışı ilə əvəz edilib.

Fərman Nazirlər Kabinetinə qanunlardan irəli gələn məsələlərin həllini təmin etməyi tapşırır.

Dövlət bağşısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.

meqale.com