Paltaruyanda qənaətli yuma sirləri: Ən çox edilən səhvlər

Paltaryuyan maşın il ərzində yüzlərlə dəfə işləyir və bu həm enerji sərfiyyatını artırır, həm də geyimlərin tez köhnəlməsinə səbəb olur. Hotpoint şirkətinin baş məhsul meneceri Adam Norris yuma vərdişlərində ediləcək kiçik dəyişikliklərlə həm vaxt, həm də pul qənaəti etməyin yollarını açıqlayır.

Paltaruyanda qənaətli yuma sirləri: Ən çox edilən səhvlər
Paltaryuyan maşın il ərzində yüzlərlə dəfə işləyir və bu həm enerji sərfiyyatını artırır, həm də geyimlərin tez köhnəlməsinə səbəb olur. Hotpoint şirkətinin baş məhsul meneceri Adam Norris yuma vərdişlərində ediləcək kiçik dəyişikliklərlə həm vaxt, həm də pul qənaəti etməyin yollarını açıqlayır.

meqale.com xəbər verir ki, maşını həddindən artıq doldurmaq, paltarların tam təmizlənməməsinə və pis qoxu yaranmasına gətirib çıxaran geniş yayılmış bir səhvdir. Norris paltarları yerləşdirdikdən sonra barabanın yuxarı hissəsində bir əl rahatlıqla sığacaq boşluq saxlanmalı olduğunu vurğulayır. Bu boşluq yuyucu vasitə və suyun hərəkət edə bilməsi üçün əhəmiyyət daşıyır.

Yüksək istilik hər zaman daha yaxşı təmizlik demək deyil. Mütəxəssislərə görə çox çirkli olmayan və xüsusi gigiyena tələb etməyən paltarlar üçün ideal temperatur 30 dərəcədir. Müasir paltaryuyan maşınlar və yuyucu tozlar aşağı temperaturda belə effektiv təmizlik təmin edir. Üstəlik, temperaturun azaldılması enerji sərfiyyatını ciddi şəkildə aşağı salır; 30 dərəcədə yumaq 40 dərəcə ilə müqayisədə xeyli az enerji tələb edir və paltarların büzüşmə riskini azaldır.

Proqram bitdikdən sonra təzə qoxu üçün zaman geriyə sayılır. Barabanda unudulan yaş paltarlar qısa müddətdə bakteriya yaranması üçün əlverişli mühit yaradır. Norris bildirir ki, yarım saat belə pis qoxu və kif üçün kifayət edə bilər. Buna görə paltarları dərhal çıxarmaq və qurudarkən tam quruduğuna əmin olmaq çox vacibdir.

Paltaryuyan maşınlar intensiv istifadə olunduqda mütəmadi baxım tələb edir. Təmizləmə edilmədikdə performans düşür və pis qoxu yarana bilər. Mütəxəssislər ayda bir dəfə və ya təxminən 30 yuma sonrası boş maşında yüksək temperaturda təmizləmə proqramı işlədilməsini tövsiyə edir. Ağ sirkə və ya maşın təmizləyiciləri tamburu və qapı rezinlərini gigiyenik saxlamaq üçün təsirli üsullardır.

Həddindən artıq yuyucu vasitə istifadə etmək paltarların daha az təmiz çıxmasına səbəb ola bilər. Çox köpük, kirlərin liflərə yenidən yapışmasına, həmçinin maşının pompasına zərər vurmasına gətirib çıxarır. Norris istehsalçı təlimatlarına əməl etməyin vacib olduğunu bildirir. Yeni, yüksək tutumlu maşınlar çox vaxt gözlənildiyindən az deterjanla daha yaxşı nəticə verir. Çətin ləkələr üçün bütün yükə əlavə deterjan tökmək əvəzinə, sadəcə həmin ləkəyə öncədən müdaxilə etmək çox daha doğrudur.