Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu
Mədəniyyət nazirinə yeni müşavir təyin edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq Əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.