İranın "Starlink"i necə blokladığı üzə çıxdı: tarixdə ilk dəfə belə bir üsul tətbiq edildi
İranın daxili etirazlar zamanı İlon Maskın "Starlink" peyk internet sistemini sıradan çıxarmaq üçün kosmosda peyklərə qarşı birbaşa elektron müdaxilə etdiyi məlum olub. Mütəxəssislərin fikrincə, bu, bəşər tarixində bir ölkənin peyk siqnallarını birbaşa kosmik orbitdə bloklamasına dair ilk nümunədir.
meqale.com xəbər verir ki, adətən ölkələr interneti yerüstü stansiyalar və ya provayderlər səviyyəsində kəsirlər. Lakin İran "Uplink Jamming" (yuxarı ötürmənin boğulması) texnikasından istifadə edərək birbaşa kosmosdakı "Starlink" peyklərini hədəf alıb. Bu üsulla peykin özünə elə güclü və saxta siqnallar göndərilir ki, peyk yerüstü terminallardan (boşqablardan) gələn həqiqi siqnalları qəbul edə bilmir.
"Starlink" sisteminin üstünlüyü onun yerdəki kabellərdən asılı olmamasıdır. Lakin İranın tətbiq etdiyi bu üsul peykin yerlə rabitə qurmasını texniki olaraq imkansız hala gətirib. Bu, sadəcə bir bölgəni deyil, həmin peykin əhatə dairəsində olan bütün terminalları internetdən məhrum edib.