Xaçmazda istehsalat sexində yıxılan şəxs xilas edilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
meqale.com xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumat daxil olan kimi FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Əməliyyat zamanı müəyyən edilib ki, 1989-cu il təvəllüdlü Ağabalayev Ramin Əlisahib oğlu istehsalat sexində qurğunun üzərindən təxminən 6 metr dərinliyindəki texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.