Oktay Kaynarca "Kim Milyoner Olmak İster"dən ayrılır?

İstanbulda aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan məşhur aktyor Oktay Kaynarcanın ATV-dəki gələcəyi sual altındadır. İddialara görə, kanal rəhbərliyi aktyorun təqdim etdiyi "Kim Milyoner Olmak İster" proqramı ilə bağlı kəskin qərar verməyə hazırlaşır.

Oktay Kaynarca

meqale.com xəbər verir ki, aralarında Oktay Kaynarca və Emel Müftüoğlunun da olduğu 6 şübhəli jandarma tərəfindən saxlanılıb. Məhkəmə Tibb Qurumunda qan, saç və sidik nümunələri alınan şübhəlilərdən 2-si həbs edilib. Kaynarca və Müftüoğlu isə ev dustaqlığı tələbi rədd edilərək, ölkədən çıxış qadağası qoyulmaqla sərbəst buraxılıblar.

İstintaq materiallarında yer alan və həbs edilən Rabia Karacanın ifadələri böyük səs-küyə səbəb olub. Karaca ifadəsində narkotik və fuhuş partiyalarının təşkil edildiyini, bu məclislərdə Oktay Kaynarcanın da iştirak etdiyini və ona "qadın hədiyyə edildiyini" iddia edib. Oktay Kaynarca isə ilkin ifadəsində bu ittihamları qətiyyətlə rədd edərək, sözügedən şəxslərlə yaxın dostluğu və qeyd olunan hadisələr haqqında deyilənlərin yalan olduğunu bildirib.