"Ən bahalı evdə yaşayır, gedib kasıba özü 200 manat versin"
Müğənni Təranə Qumral aparıcı Zaur Kamalı tənqid edib.
meqale.com xəbər verir ki, buna səbəb Zaurun verilişdə Musa Musayevə kart göstərib, ora 200 manat pul atmasını istəməsi olub. Buna əsəbiləşən Təranə sərt sözlər deyib:
"Verilişdə məni məcbur edir ki, bu karta pul at. Niyə atım? Öz pulun yoxdur? Mən lazım olan adamlara pul atıram. Böyük villan, bahalı maşının, bahalı evin var. Bahalı kostyumlar geyinirsən. Özün niyə atmırsan? Kimsə yazırsa xəstəyəm, ehtiyacım var, canım çıxır ona pul ataram. Əcəb edib pul vermirəm".