Arts Council Azerbaijan təşkilatı 2026-cı ili “Musiqi” sərgisi ilə açdı - FOTO
"Fabrika" qalereyasında Arts Council Azerbaijan yeni sərgi mövsümünü "Musiqi" layihəsi ilə açdı. Tədbir təşkilatın yaranma gününə həsr olunub və ənənəyə uyğun olaraq yanvar ayında sərgi ilə qeyd olunur. təşkilata üzv olan rəssamlar iştirak ediblər və müxtəlif üslublarda 30 yaxın əsər mümayiş olunub.
Sərginin açılışında Arts Council Azerbaijan-ın rəhbəri Dadaş Məmmədov keçən ilin məhsuldarlığını vurğulayıb və təşkilatın beynəlxalq fəaliyyətini qeyd edib: 19 il ərzində layihələr dörd qitədə həyata keçirilib.
Tədbirin xüsusi anlarından biri Nyu-Yorkdakı BMT Baş ofisində keçirilmiş sərgidə iştirak etmiş rəssamlara diplomların təqdim olunması olub. Mükafatlandırmanı "İkinci həyat" layihəsinin müəllifi Sona Quliyeva həyata keçirib. Bu, beynəlxalq əməkdaşlığa və rəssamların peşəkar inkişafına verdiyi töhfəni vurğulayıb.