Röyadan sevənlərinə xoş xəbər - VİDEO - FOTO
Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib.
meqale.com xəbər verir ki, sənətçi "Ayrılan Adamlar" adlı yeni klipini izləyicilərin ixtiyarına verib.
Mahnının sözləri və musiqisi tanınmış bəstəkar Murad Arifə, aranjimanı isə Samir Şirinova məxsusdur. Klipin çəkilişləri Lənkəranın füsunkar təbiətində baş tutub. Ekran işinin rejissoru Roman Yaşardır.
Klipdə Röya Ayxanın tərəf müqabili kimi aktyor Türkay Cəfərli yer alıb.
Qeyd edək ki, sənətçi bu mahnını ilk dəfə 25 illik yaradıcılıq yubileyi münasibətilə keçirilən möhtəşəm konsertində səsləndirmişdi.