Nərimandan tənqidlərə "cavab" - VİDEO
"Qarabağ" Azərbaycan Premyer Liqasının 15-ci turunda "Araz-Naxçıvan"la qarşılaşır.
meqale.com xəbər verir ki, Ağdam klubunun son günlərdə ən çox tənqid olunan futbolçusu Nəriman Axundzadə bu oyunda qol vurub.
O, matçın 41-ci dəqiqəsində hesabı 2:0 edib.
Qeyd edək ki, ilk qolu Toral Bayramov vurub. "Qarabağ" "Araz-Naxçıvan"ı 5:1 hesabı ilə məğlub edib.