Ronaldo "Forsaj"a çəkiləcək

Məşhur amerikalı aktyor və prodüser Vin Diesel portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun "Forsaj" film seriyasında xüsusi rola çəkildiyini açıqlayıb.

Ronaldo
Məşhur amerikalı aktyor və prodüser Vin Diesel portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun "Forsaj" film seriyasında xüsusi rola çəkildiyini açıqlayıb.

meqale.com xəbər verir ki, Diesel bu barədə "İnstaqram" səhifəsində paylaşım edərək bildirib ki, Ronaldonun layihədə iştirakı üçün xüsusi obraz yazılıb. Onun sözlərinə görə, pərəstişkarlar uzun müddətdir futbol ulduzunu "Forsaj"da görmək istəyirdi və bu arzu nəhayət gerçəkləşib.

Qeyd edək ki, Vin Dizel 2024-cü ilin fevralında açıqlama verərək "Forsaj" franşizasının 11-ci filminin sonuncu hissə olacağını və filmin premyerasının 2027-ci ilin aprelinə planlaşdırıldığını bildirmişdi. 12 dekabr tarixində isə o, Ronaldoyla birgə fotosunu paylaşaraq futbolçunun filmdə yer alacağını təsdiqləyib.

Fidan Mili.Az