“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

meqale.com report-a istinadən xəbər verir ki, "ağ-qaralar" bu raundda Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə üz-üzə gələcək.

Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi "Minsk"i yenib - 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda "Azersun Arena"da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.