“Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlanıb, yer dəyişdirilib

"Neftçi"nin Konfrans Liqasındakı növbəti oyunların vaxtı və yeri müəyyənləşib.

“Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlanıb, yer dəyişdirilib
"Neftçi"nin Konfrans Liqasındakı növbəti oyunların vaxtı və yeri müəyyənləşib.

Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bakı klubunun "Beşiktaş"la avqustun 10-dakı ilk dueli Türkiyədə baş tutmalı olsa da, bu oyunun yeri dəyişdirilib. Həmin gün rəqiblərin görüşü "Bakcell Arena"da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

Cavab görüşü avqustun 17-də keçiriləcək. İstanbuldakı "Beşiktaş Park"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində "Jelezniçar"ı mübarizədən kənarlaşdırıb - 2:2, 2:0.