Mustafanın Cavanşir Məmmədovla bağlı dediyi hansı sözlər yalandır? - QALMAQAL BÖYÜYÜR

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa "Təsir dairəsi" verilişinə gələrək yardım istəyib. 

meqale.com axşam.az-a istinadən bildirir ki, müğənni və iş adamı bir-birinin ünvanına ittihamlar səsləndirib. Kemal ifaçının qızının onu aldatdığını, onunla ailə quracağını deyib, pulunu aldığını iddia edib. 

Aparıcı Lalə Azərtaş Mustafanın yalan dedektoruna bağlanmasını istəyib. Ötən gün isə Mustafanın yalan dedektoruna bağlanan zaman verdiyi cavablar açıqlanıb. 

Aparıcının "Cavanşir Məmmədova pul vermisən" sualına Mustafa "Yox" cavabını verib. Yalan dedektoru isə bu cavabın yanlış olduğunu göstərib. 

Mustafa isə "İstintaq dövründə verdim. Daha sonra isə Xatirəyə 10 min dollar verdim" sözlərini əlavə edib. 

Kemalın "Cavanşir Məmmədovdan pul almısan" sualına verdiyi "Yox" cavabı da yanlış olub. 

Yalan dedektoru digər suallara verilən cavabların isə doğru olduğunu göstərib.