Mozart və Şopeni səhv salan Aynişan paylaşımını SİLDİ - VİDEO

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva sosial şəbəkədə müzakirələrə səbəb olub.

Mozart və Şopeni səhv salan Aynişan paylaşımını SİLDİ - VİDEO
Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva sosial şəbəkədə müzakirələrə səbəb olub.

meqale.com-ın məlumatına görə, o, dünən "Mozart" əsərlərindən ibarət konsert proqramında qonaq kimi iştirak edib. Lakin səhnədə ifa etdiyi əsərlərdən biri Frederik Şopenin mövzusu olub.

Aynişan həmin ifanın görüntüsünü şəxsi "Instagram" hesabının hekayə bölməsində paylaşarkən üzərinə "Mozart" qeydini əlavə edib. Bu uyğunsuzluq izləyicilərin diqqətindən yayınmayıb və qısa müddətdə tənqidlərə yol açıb.

Sosial şəbəkə istifadəçiləri musiqi təhsili olan və sənətçi ailəsində böyüyən Aynişanın belə bir səhvə yol verməsini doğru qarşılamayıblar.

Bildirilib ki, tənqidlərdən sonra Aynişan Quliyeva həmin hekayəni silib.