Messinin "İnter Mayami"də nə qədər qazanacağı MƏLUM OLDU
"İnter Mayami"nin hücumçusu Lionel Messi ildə 50-60 milyon dollar qazanacaq.
meqale.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə MK məlumat yayıb.
"Mən üç il danışıqlar apardım", - Messi deyib.
"Son 1,5 ildə Lionelin atası Xorxe ilə çoxlu söhbətlər olub. Klubun sahibi Devid Bekhem Lionel Messi ilə sırf futbol məsələlərini müzakirə edib", - məlumatda deyilir.