Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi baş tutdu

Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin yeni mübadiləsini həyata keçiriblər.

Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi baş tutdu
Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin yeni mübadiləsini həyata keçiriblər.

meqale.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda RF nümayəndə heyətinin rəhbəri Vladimir Medinski özünün "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Kiyevə Ukrayna Silahlı Qüvvələrinin həlak olan 1003 hərbçisinin cəsədi verilib, əvəzində isə Moskva Rusiya Silahlı Qüvvələrinin həlak olan 26 hərbçisinin nəşi qəbul olunub.