“Liverpul” rəqibini qol vurmağa peşman etdi
İngiltərə Premyer Liqasının 26-cı turunun açılış matçında lider "Liverpul" autsayder "Luton Taun"u qəbul edib.
meqale.com oxuya istinadən bildirir ki, "Enfild"də baş tutan qarşılaşmada hesabı qonaqlar açsalar da, meydan sahibləri onları qol vurduqlarına peşman ediblər.
12-ci dəqiqədə Oqbenenin qapı çərçivəsinə vurulan dəqiq zərbəsinə mersisaydlılar van Deyk (56), Qakpo (58), Dias (71) və Elliotun (90) qolları ilə cavab veriblər - 4:1.
Beləliklə də, Yurgen Klopun yetirmələri xallarının sayını 60-a çatdıraraq liderliklərini möhkəmləndiriblər. "Luton" isə 20 xalla turnir cədvəlində 18-cidir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun