Laçına yola düşən ailələr artıq doğma yurdlarındadırlar - FOTO

Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb.

Laçına yola düşən ailələr artıq doğma yurdlarındadırlar - FOTO
Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında Bakı şəhərindən yola düşən 81 nəfərdən ibarət 21 ailə artıq Laçın şəhərinə çatıb.

Belə ki, yeni köçürülən ailələri burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri qarşılayıb.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.  

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun