Kombini tez-tez söndürüb-yandırmaq yoxsa minimumda saxlamaq? - Ən qənaətcil üsul

Qış aylarında ən çox müzakirə olunan mövzulardan biri kombinin davamlı şəkildə aşağı temperaturda işlədilməsininmi, yoxsa evdən çıxarkən tamamilə söndürülüb qayıdanda yenidən yandırılmasınınmı daha az enerji sərf etməsidir. Universitetlər və enerji institutlarının apardığı araşdırmalar bu iki üsulun enerji sərfiyyatına təsirini müqayisə edib və nəticələr diqqət çəkib.

meqale.com xəbər verir ki, enerji səmərəliliyi ilə bağlı aparılan elmi tədqiqatlara görə, istilik sisteminin tamamilə söndürülüb sonradan yüksək gücdə yenidən işə salınması, kombinin temperaturu qaldırmaq üçün daha çox enerji sərf etməsinə səbəb olur.

Bina Enerji Performansı üzrə aparılan akademik araşdırmada termostatı tamamilə söndürmək əvəzinə aşağı temperaturda saxlamağın enerji sərfiyyatını daha stabil etdiyi müəyyən olunub. Tədqiqatın məlumatları göstərir ki, "set-back" adlanan temperaturu 2-4 dərəcə aşağı salma metodu sabit yüksək temperaturda işlətməyə nisbətən 10-30% arası qənaət təmin edə bilər.

Başqa bir araşdırmada isə gün ərzində müəyyən saatlarda istiliyi bir neçə dərəcə azaltmağın kombini sıfırdan qızdırmaqdan daha səmərəli olduğu qeyd edilib. Mütəxəssislər bunu belə izah edir: "Evin temperaturu nə qədər düşürsə, onu yenidən isitmək üçün bir o qədər çox enerji tələb olunur. Soyumuş divar və döşəmələrin isinməsi zamanı yüksək qaz sərfiyyatı yaranır."

Bu səbəbdən xüsusilə havanın çox soyuq olduğu günlərdə kombini tamamilə söndürmək, ümumi enerji xərclərini azaltmaq əvəzinə daha da artırır.

Ən qənaətcil üsul hansıdır?

Ev bir neçə saatlıq boş qalacaqsa, kombini tam söndürməkdənsə aşağı temperatdura düşürüb işlətmək daha qənaətcil olur.

Ev bütün gün boş qalacaqsa, kombini tam söndürmək əvəzinə ekonom rejimə və ya minimal temperatura salmaq daha məqsədəuyğundur.

Gecələr, temperaturu 2-4 dərəcə azaltmaq ən səmərəli seçim hesab olunur.

Bu nəticələr Avropa və Şimali Amerikadakı enerji laboratoriyalarının məlumatları ilə də üst-üstə düşür.