Klublarımıza qarşı “oynayan” hakimlər - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün avrokuboklarda 2 komandamız mübarizəyə qoşuldu.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Qəbələ" evdə "Omoniya"ya 2:3 uduzdusa, "Neftçi" "Jelezniçar"la səfər matçından bərabərliklə döndü.
Lakin maraqlısı odur ki, hər iki matçda hakimlər komandalarımızın əleyhinə həlledici qərarlarla yadda qaldılar.
"Qəbələ"nin matçında rumıniyalə referi Andrey Çivulete 80-ci dəqiqədə müəmmalı qərarı ilə diqqəti özünə çəkdi. Belə ki, o, kiprlilərin forvardı Roman Bezusun simulyasiyasını penalti kimi dəyərləndirdi. Referi Azərbaycan klubunun müdafiəçisi Murad Musayevə kobud oyuna görə sarı vərəqə də göstərildi. Matçdan sonra "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev epizodun penalti olmadığını bildirdi.
İkinci epizod isə cəmi 5 dəqiqə sonra yaşandı. Rumıniyalı referi bu dəfə rəqib futbolçu Senu Kulibalinin Əyyub Allaşa qarşı kobud oynamasına göz yumdu. O, "Qəbələ"nin iki qol vurmuş futbolçusunun yerə yıxılmasını simulyasiya kimi dəyərləndirdi.