Kəsilən qurbanın bu qədərini paylayın - İlahiyyatçı
Quranda "Həcc" surəsinin 37-ci ayəsində bildirilib ki, kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan ancaq sizin ona qarşı məsuliyyətli olmağınızdır.
meqale.com Axar.az-a istinadən bildirir ki, bunu ilahiyyatçı Elşad Miri Qurban bayramı ilə bağlı danışarkən deyib.
"Qurban bayramı anlayışı bayramlaşmadır. Burada əsas məqsəd ət yemək yox, həqiqətən başqaları ilə bölüşmək, ictimai yardımlaşmadır. "Ənam" deyilən anlayış da var. Yəni Qurban bayramında ev heyvanları kimi nəzərdə tutulan heyvanların - qoyundan, keçidən, inəkdən, dəvədən qurban kəsilməsi nəzərdə tutulur. Bu heyvanları kəsib paylayırlar.