İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
meqale.com xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.
Qeyd edilib ki, Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.