İsrail ordusu Qəzzaya zərbələr endirməkdə davam edir
Radikal "HƏMAS" hərəkatının öhdəliklərini pozması səbəbindən atəşkəs qüvvəyə minmədiyi üçün İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir.
meqale.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, artilleriya və aviasiya Qəzzanın şimalında və mərkəzində bir sıra terrorçuların hədəflərinə zərbələr endirib.