Teymur Ağakişiyevə vəzifə verildi
"AccessBank" QSC İdarə Heyətinə yeni üzv seçilib.
meqale.com xəbər verir ki, Bankın İdarə Heyətinin ümumi yığıncağının qərarı ilə Teymur Ağakişiyev Tofiq oğlu "AccessBank"ın İdarə Heyətinin üzvü seçilib. O, vəzifəsinin icrasına dekabrdan başlayacaq.Teymur Ağakişiyev bank sektorunda uzunmüddətli təcrübəyə malikdir. 2025-ci ilin aprelindən "AccessBank" Baş əməliyyat direktoru, daha əvvəl isə "Expressbank" ASC, "Premium Bank" və "Media Holding (Lider TV & Radio)" kimi iri şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həmçinin "Expresspay" layihəsinin təşəbbüskarıdır.
Beləliklə, "AccessBank"ın İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə beşə, Azərbaycandakı üzvlərin sayı isə üçə yüksəlib. (Sfera.az)