Erməni bloqer türk olduğunu etiraf etdi: "Mən necə erməni ola bilərəm?" - VİDEO - FOTO
Rusiyanın Stavropol diyarında yaşayan erməni bloqer əslən türk olduğunu açıqlayıb.
meqale.com xəbər verir ki, qadının bu açıqlaması sosial şəbəkələrdə geniş yayılıb.
Qadın bildirib ki, əslində türk kimliyinə malikdir, baxmayaraq ki, uşaqlıqdan erməni mədəniyyəti və dili ilə böyüyüb:
"Mən erməniyəm, Stavropolun balaca bir kəndindənəm və bu kənddə yaşayan ermənilər hansısa türk dilində danışırlar. Məni erməni kilsəsində xaç suyuna çəkiblər, amma mən uşaqlıqdan böyüklərdən türk dilində nağıllar eşidirəm. Mənim əcdadlarım bir neçə əsr əvvəl bu kənddə məskunlaşıblar. Onlar erməni identikliyini qoruyub saxlasalar da, dillərini unudublar" .
Qadın əlavə edib ki, o, identikliyini seçməyə məcbur olmadığını düşünür və özünü kompleksli bir şəxsiyyət kimi təqdim edir: "Mən tərəf seçməyə məcbur deyiləm. Mənim identikliyim kompleksli ola bilər. Belə bir nəzəriyyə var ki, guya biz türkdilli xalqların arasında yaşamışıq, onlar da bizə bu dili məcburi yeridiblər və beləcə biz də erməni dilini unutmuşuq. Amma Rusiyada bu qədər vaxta qədər erməni dilinə qayıda bilərdik axı" .
Qadın həmçinin dil bacarıqlarına toxunaraq bildirib: "Mən özüm linqvistəm, ingilis və Çin dilini öyrənmişəm, amma erməni dilini öyrənə bilmirəm. O zaman mən necə erməni ola bilərəm?"
Bu etiraf sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub.