İspaniya ilə matç öncəsi Arda ilə bağlı gözlənilməz açıqlama
DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya ilə qarşılaşacaq Türkiyə yığmasının heyətində dəyişiklik edilib.
meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, komandanın yarımmüdafiəçisi Arda Güler cəza limitində olduğu üçün qarşıdakı matçda oynadılmayacaq.
Futbolçu Bolqarıstanla görüşdə hakim qərarına etiraz etdiyinə görə sarı vərəqə alıb. Əgər o, İspaniya ilə oyunda daha bir sarı vərəqə alsaydı, pley-off mərhələsində iştirak edə bilməyəcəkdi. Buna görə də baş məşqçi Vinçenzo Montella risk etməmək üçün cəza limitində olan oyunçuları bu qarşılaşmada meydana çıxarmayacağını bildirib.
Qeyd edək ki, İspaniya - Türkiyə görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.