İranda hərbi obyektdə partlayış - Ölən və yaralılar var

İranın paytaxtı Tehranın şərqində yerləşən hərbi obyektdə yanğın və partlayış olub.

İranda hərbi obyektdə partlayış - Ölən və yaralılar var
İranın paytaxtı Tehranın şərqində yerləşən hərbi obyektdə yanğın və partlayış olub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10 yanğınsöndürən yaralanıb.

İlkin olaraq konteynerin içərisində yanğının başladığı, daha sonra yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı zaman partlayışın baş verdiyi bildirilib.

Digər xəbər agentliklərinin verdiyi məlumata görə, 4 yanğınsöndürən xəstəxanaya aparılıb, daha 6 nəfər yüngül xəsarətlər aldığı üçün ilkin müdaxilədən sonra evə buraxılıb.