Ukrayna və ABŞ arasında sülh planı danışıqları nə yerdədir?

ABŞ Ordusunun katibi Den Driskolun Kiyevə səfəri zamanı cəbhədəki vəziyyətin ağırlaşdığı və Ukraynanın 28 maddəlik sülh planını qəbul etməsinin vacibliyi mesajı verilib.

meqale.com xəbər verir ki, Driskol ukraynalı rəsmilərə bildirib ki, Rusiya hava hücumlarını artırıb və uzunmüddətli müharibə üçün kifayət qədər resursa sahibdir. Onun fikrincə, Ukraynanın gözləməsi vəziyyəti daha da zəiflədəcək.

Mənbələr iddia edir ki, ABŞ müdafiə sənayesi artıq Ukraynanı HHM sistemləri və sursatla əvvəlki kimi təmin edə bilmir və Driskolun mesajı "razılaşmanı qəbul edin" kimi qiymətləndirilib.

Lakin ABŞ Dövlət katibi Marko Rubio bu xəbəri təkzib edərək "X" hesabında bunun uydurma olduğunu yazıb. O, belə məlumatların Tramp administrasiyası daxilində fikir ayrılıqlarından qaynaqlandığını bildirib.

CNN-in açıqladığı məlumatlara görə, sülh planında Ukraynanın qəbul etmədiyi üç əsas bənd var:

Bu məsələlərlə bağlı danışıqlar davam etsə də, hələ razılıq əldə olunmayıb.