"iPhone işlədənlər "göstəriş"i sevirmiş" - Araşdırma
Mobil telefon seçimi insanın xarakterindən xəbər verir.
meqale.com xəbər verir ki, bu qənaətə beynəlxalq tədqiqatçılar gəliblər.
Bir neçə universitetin apardığı araşdırmalar iPhone və Android istifadəçiləri arasında maraqlı psixoloji fərqlərin olduğunu ortaya çıxarıb.
Mütəxəssislərin sözlərinə görə, iPhone istifadəçiləri emosional reaksiyalara daha həssas olur və çox zaman telefonlarını status göstəricisi kimi qəbul edirlər. Tədqiqatlar göstərib ki, bu qrupa aid şəxslərdə dürüstlük və təvazökarlıq göstəriciləri nisbətən aşağı olur. Digər tərəfdən, onlar sosial aktivliyə və fərdi imicə daha çox üstünlük verirlər.
Android istifadəçiləri isə aparılan araşdırmalarda daha dürüst, təvazökar və sadə həyat tərzinə meylli qrup kimi qeyd olunublar. Onların telefon seçiminə daha çox funksionallıq, sərbəstlik və qənaətcil yanaşma təsir göstərir. Bu istifadəçilər texnologiyaya münasibətdə daha rasionallıq nümayiş etdirir və məhsulları "status" məqsədi ilə seçmir.
Bununla yanaşı, bəzi tədqiqatlar iki əməliyyat sistemi istifadəçiləri arasında fərqlərin düşündüyümüz qədər böyük olmadığını vurğulayır. Qeyd olunub ki, xarakter xüsusiyyəti insanın yalnız telefon seçimi ilə formalaşmır və sosial mühit, iqtisadi vəziyyət və şəxsi yaşam tərzi kimi amillər də önəmli rol oynayır.