Gəlin toyda yığılan pulları qumarda uduzdu

Uelsdə yaşayan Alissa Habbard toy gecəsi aldığı bütün hədiyyə pullarını qumarda uduzub.

Gəlin toyda yığılan pulları qumarda uduzdu
Uelsdə yaşayan Alissa Habbard toy gecəsi aldığı bütün hədiyyə pullarını qumarda uduzub.

meqale.com xəbər verir ki, bu barədə o, öz qumar asılılığı ilə bağlı "Wales Online" nəşrinə danışıb.

Onun sözlərinə görə, qumara marağı uşaq yaşlarından başlayıb. Doqquz yaşında valideynləri onu pivəxanalara aparıb, o isə oradakı oyun aparatlarında oynayıb. Sonralar Alissa onlayn kazinoya keçib. O xatırlayır ki, işlədiyi bütün pulları məhz qumara xərcləyirdi. Evə qayıdan kimi dərhal oynamağa başlayırdı. Bu vərdişi üzə çıxan kimi işdən qovulurdu. Asılılıq dərinləşdikcə borc götürməyi artırıb və problemini ailəsindən gizlədib.

Onun qumara bağlılığından hətta həyat yoldaşı da xəbərsiz olub. Dəyişiklik isə məhz toy günündən sonra baş verib. Gənc gəlin ilk gecə toyda hədiyyə edilən bütün pulları onlayn kazino hesablarında uduzub. Yalanı üzə çıxandan sonra ailəsi dağılıb və Alissa tək qalıb.

Uzun illər davam edən müalicədən sonra o, asılılıqdan xilas ola bilib. Hazırda 39 yaşlı qadın qumar asılılığı olan insanlara yardım edən mərkəzdə çalışır. O deyir ki, keçmişini arxada qoyub və yaşadıqlarındakı neqativləri başqalarına yardım üçün pozitivə çevirməyə çalışır.