İki həftə əvvəl lüks avtomobillərini satışa çıxarıblar - FOTO
22 milyon lirəlik mülkü müsadirə edilən sosial media fenomeni Dilan Polat və ərinin iki həftə əvvəl lüks avtomobillərini satışa çıxardıqları məlum olub.
meqale.com baku.ws-ə istinadən bildirir ki, "E-ticarət" platformasındakı avtomobil elanlarından biri alıcıların diqqətini çəkib. Belə ki, lüks maşının dövlət qediyyat nişanında "EP" Dilanın ərinin adının baş hərfləri qeyd edilib. Daha sonra isə maşının onlara aid olduğu məlum olub.
Cütlük 2020-ci il istehsallı "Range Rover" markalı avtomobili 8 milyon lirəyə (təxminən 482 000 AZN) satışa çıxarıbmış.