Röya: "Onu həftədə 3 dəfə "blok"a atıram"

Xalq artisti Röya Ayxan verdiyi son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Röya:
Xalq artisti Röya Ayxan verdiyi son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

meqale.com-ın xəbərinə görə, pop ulduz "Rəngarəng"də səmimi və bir qədər də yumorla dolu etiraf edib. Müğənni bildirib ki, prodüseri və eyni zamanda təşkilatçısı olan Kenanla münasibətləri bəzən gərginləşir.

Röya Ayxan qeyd edib ki, Kənan onu tez-tez əsəbiləşdirir və hətta həftədə üç dəfə "blok" etməyə məcbur qalır:

"Prodüserim və təşkilatçı Kenanın özü bir mənfidir. Yeganə adamdır ki, həftədə üç dəfə onu 'blok'a atıram. Çünki nə vaxt zəng edirəmsə, telefonuma cavab vermir", - deyə müğənni səmimi etiraf edib.

Sənətçinin bu açıqlaması sosial mediada maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.