Husilər İsraildə mühüm obyektlərə zərbə endirdi

Yəməndəki husi üsyançıları (Ənsar Allah) PUA-larla İsraildə kritik əhəmiyyətli obyektlərə zərbələr endirib.

Husilər İsraildə mühüm obyektlərə zərbə endirdi
Yəməndəki husi üsyançıları (Ənsar Allah) PUA-larla İsraildə kritik əhəmiyyətli obyektlərə zərbələr endirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə hərəkatın sözçüsü, general Yəhya Sari deyib.

Onun sözlərinə görə, əməliyatdan sonra hədəfə çevrilən bazalar və İsrail aeroportları fəaliyyətini dayandırıb.

Sari əlavə edib ki, Husi silahlı qüvvələri məzlum Fələstin xalqına dəstək məqsədilə İsrail rejiminə qarşı yeni hərbi əməliyyatlar həyata keçirməyə davam edəcək.