Hazal Kaya və ailəsini polislər qorumağa başladı
Hazal Kaya sosial şəbəkələrdə öldürülməklə hədələnib.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, aktrisa özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyi üçün polis tərəfindən qorunma tələbi ilə məhkəməyə baş vurub.
Məhkəmə Hazal Kayanın müraciətinə müsbət cavab verib. Ailə qoruma altına alınıb.
Qeyd edək ki, Hazal Kaya həmkarı Ali Atay ilə 2019-cu ildə ailə həyatı qurub. Cütlüyün Fikrət Əli adlı bir oğulları da var.