Pezeşkianın çağırışından sonra küçələrə axışdılar
İranın müxtəlif şəhərlərində on minlərlə şəxs ölkə rəhbərliyinə dəstək üçün aksiyaya başlayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, əllərində İran bayrağı və ölkənin ali rəhbəri Əli Xameneinin portretləri olan aksiya iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.
Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb.