Güləşdən getdi
Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub.
meqale.com xəbər verir ki, 48 yaşlı idmançı dekabrın 14-nə keçən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son görüşünü keçirib.
ABŞ-nin paytaxtı Vaşinqtonda "Kepital Uan-Arena"da baş tutan "WWE Saturday Night's Main Event XLII" turnirində rəqibi Qunterə boğma fəndi ilə məğlub olduqdan sonra Sina idman ayaqqabılarını çıxrarıb rinqin mərkəzinə qoyaraq karyerasını bitirdiyini elan edib.