Gitarası oğurlanan şəhid Fəxri - “Ana, əsgər gedirəm” - VİDEO

Dünəndən bəri Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidləri Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarlarından şəxsi əşyalarının oğurlanması ilə bağlı xəbərlər yayılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, atası oğlunun oğurlanan gitarasından belə danışmışdı:

"Balamın əlləri dəyən gitarasını, tək təsəllimizi aparıblar".

Bu gün isə sosial şəbəkələrdə Fəxrinin məktəb illərində həmin gitara ilə "Ana, əsgər gedirəm" mahnısını ifa etdiyi görüntülər viral olub.

Qeyd edək ki, artıq hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı K.Ə. və 16 yaşlı V.Q. polis tərəfindən saxlanılıb.