"Qarabağ"ı tərk etməyə qərar verdi
"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflər var.
meqale.com xəbər verir ki, Nəriman özü də legioner həyatı yaşamağa can atır.
Gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanov bildirib.
Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu Nərimanın diqqətinə çatdırıb.
Amma uyğun şərtlərdə ayrılığa şərait yaradılacaq.
Milli komandamızın üzvünün ölkəni tərk etmək ehtimalı yüksəkdir.
21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb.
15 yaşından isə Ağdam klubunun akademiyasındadır.