Prezident ölkəsinin ləğvini dəstəklədi
Moldova Prezidenti Maya Sandu respublikanın suverenliyinin gələcəyi və Rumıniya ilə birləşmə ehtimalı barədə danışıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı bu barədə "The Rest Is Politics" podkastına müsahibəsində bildirib.
M. Sandu qeyd edib ki, əgər müvafiq referendum keçirilərsə, o, Moldovanın Rumıniyaya birləşməsinin lehinə səs verəcək:
"Kiçik bir ölkəni idarə etmək çətindir. Rumıniya ilə birləşmə Moldovanın Rusiyadan gələn təzyiqlərə və hibrid təhdidlərə müqavimət göstərməsini daha da asanlaşdıracaq".