Gəlin nə qədər gombul olsa, qızılı o qədər çox olar - VİDEO
Pakistanlı gəlinin Dubayda baş tutan toyundan yayılan kadrlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Dubayda varlı pakistanlı ailənin toyunun görüntüləri sosial mediada yayılıb. Görüntülərdən aydın olur ki, tərəzinin bir tərəfində qızıl küçələr qoyulub, digər tərəfində isə gəlin oturub. Ənənəyə görə, toyda hədiyyə edilən qızılların çəkisi gəlinin çəkisindən ağır olmalıdır.
Bu kadrlar sosial mediada böyük hiddət doğurub. İstifadəçilər insanların əksəriyyətinin yoxsulluqla mübarizə apardığını, belə ailələrin həddindən artıq dəbdəbə və israfçılığa yol verdiyini vurğulayıb. (publika)