“Gələcək və Sosial Təhsil” tədbiri maraqla qarşılandı

Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində "Gələcək, Sosial Təhsil və Sosial Dəyərlər" adlı tədbir keçirilib.

“Gələcək və Sosial Təhsil” tədbiri maraqla qarşılandı
Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində "Gələcək, Sosial Təhsil və Sosial Dəyərlər" adlı tədbir keçirilib.

meqale.com xəbər verir ki, bu barədə İctimai Birliyin sədri Nərmin Daşdəmirbəyli məlumat verib.

Çıxış edən birlik sədri vurğulayıb ki, tədbir il ərzində görülən sosial layihələrin ictimaiyyətə təqdim olunması məqsədi daşıyırdı. Onun sözlərinə görə, layihələrin nümayişi sosial dəyərlərin gücləndirilməsinə xidmət edir:

"Əsas məqsədimiz sosial təşkilat tərəfindən il ərzində icra olunan müxtəlif sosial layihələrin təqdim edilməsi idi. Bu layihələr təhsil sahəsini, inklüziv cəmiyyətin təşviqini, eləcə də sosial və korporativ dəyərlərin formalaşdırılmasına xidmət edən çoxsaylı təşəbbüsləri əhatə edirdi. Hər bir layihə uğurla tamamlanaraq tədbir çərçivəsində ictimaiyyətə təqdim olundu".

Tədbirin əsas hissəsində təhsilin cəmiyyətimizdəki rolunu vurğulamaq məqsədilə tələbə və gənclər tərəfindən hazırlanmış xüsusi tamaşa nümayiş etdirilib. Tamaşa iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Daha sonra tədbirin təşkilati fəaliyyəti və sosial layihələrin icrasını əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxdan sonra rəsmi çıxışlar olub.

Tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.