"Fənərbağça"dan 20 milyon avroluq transfer gəlir - FOTO
"Fənərbağça" PSV" Eindhoven"in yarımmüdafiəçisi Coy Veermanın transferi ilə bağlı razılığa gəlib.
meqale.com xəbər verir ki, klub Veerman üçün 20 milyon avrodan artıq məbləğdə sərbəstqalma maddəsini aktivləşdirməyə hazırlaşır. Futbolçu da "Fənərbağça" ilə şəxsi müqavilə şərtlərində razılıq əldə edib və transferə hazırdır.
Razılaşmanın tezliklə rəsmiləşdirilməsi gözlənilir. (Offsideplus.az)