Direktoru divara itələyən müəllimlə bağlı rəsmi açıqlama - VİDEO
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub.
"Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.