Evinizdəki kifin səbəbi məlum oldu - Dərhal yerini dəyişdirin

Soyuq havaların təsirini artırdığı son günlərdə bir çox evdə eyni problem yaşanır: kif. Divarlarda, pəncərələrdə və xüsusilə dolab arxalarında yaranan bu xoşagəlməz qat təkcə görüntü baxımından narahatlıq yaratmır, həm də ciddi sağlamlıq riski daşıyır. Son tədqiqatlar isə evlərdəki kifin əsas səbəbinin yanlış yerləşdirilmiş əşyalar və zəif hava sirkulyasiyası olduğunu üzə çıxarıb.

meqale.com xəbər verir ki, İngiltərə mərkəzli Building Research Establishment (BRE) tərəfindən aparılan araşdırmaya görə, divarla sıx təmasda olan böyük mebel əşyaları - dolab, kreslo, şkaf və s. - arxasında nəmin sıxılmasına səbəb olur. Mebel ilə divar arasında boşluğun olmaması havanın dövranını zəiflədir və bu da sürətlə kif yaranmasına gətirib çıxarır.

Mütəxəssislər xüsusilə şimal tərəfə baxan divarlara bitişik mebellərin yüksək risk daşıdığını bildirir. Bu divarların xarici səthi daha soyuq olduğu üçün aralıqda qalan hava təbəqəsi kif sporlarının çoxalması üçün ideal mühit yaradır.

Dünya Səhiyyə Təşkilatının (WHO) evlər üçün tövsiyə etdiyi ideal rütubət göstəricisi 40-60% arasıdır. Bu səviyyə aşdıqda kif və bakteriyalar sürətlə çoxalmağa başlayır.

Kifi artıran ən məşhur səhvlər

Mebelləri divardan ən azı 5-10 sm aralı yerləşdirməmək

Paltarları qapalı otaqlarda qurudaraq rütubəti artırmaq

Vanna otağı və mətbəxdə yaranan buxarın yayılmaması üçün fan və aspirator istifadə etməmək

Qışda pəncərələri tam bağlı saxlamaq əvəzinə qısa müddətli çarpaz havalandırma etməmək

Amerikan Toraks Cəmiyyətinin (ATS) hesabatına görə, kif sporlarına uzunmüddətli məruz qalma:

Tənəffüs yollarında iltihab,

Astma tutmaları,

Alergik reaksiyaları

kimi problemlərə səbəb ola bilər. Xüsusən uşaqlar, yaşlılar və immuniteti zəif olanlar daha çox risk altındadır.

Avropa İqlim və Mənzil Araşdırma Mərkəzinin 2024-cü il hesabatına əsasən, "nəmin idarə edilməsi" kifin qarşısının alınmasında ən təsirli üsuldur. Araşdırmaya görə:

Mütəmadi havalandırma

Nəm alıcı cihazlardan istifadə

İstilik izolyasiyasının gücləndirilməsi

kif riskini 80%-ə qədər azalda bilər.